Modern.az

Tokayev dil islahatına başlayır

Tokayev dil islahatına başlayır

17 Fevral 2022, 22:04

“Biz qazax dilini qoruyub saxlayacağıq. Başqa cür ola bilməz. Çünki tarixin ən çətin anlarında dilimiz müdrik əcdadlarımızın, xalqımızın sayəsində qorunub saxlanıb”.

 

Modern.az xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev deyib.

 

Onun sözlərinə görə, ölkədə dil islahatı aparılmalıdır:

 

“Latın əlifbasına keçid məsələsində tələsmək lazım deyil. Buna ciddi yanaşmaq lazımdır. Dil siyasəti çox həssas mövzudur. Xalqımız çox ciddi sınaqlardan keçib və bütün çətinliklərə qalib gəlib”.

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal