Ukraynanın separatçıların nəzarəti altında olan Donetsk və Luqansk vilayətlərindən Rusiyaya gələn hər bir şəxsə 10 min rubl məbləğində vəsait veriləcək.
Modern.az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin qərar imzalayıb.
Putin Rusiyanın fövqəladə hallar naziri vəzifəsini icra edən Aleksandr Çupriyana Donetsk və Luqanskdan gələnlərin yerləşdirilməsinə şərait yaratmaq üçün təcili olaraq Rostov vilayətinə uçmağı tapşırıb.
Rostovda Donetsk və Luqanskdan gələnlərlə əlaqədar əməliyyat qərargahı yaradılıb.