2020-ci il seçkilərində Belarus prezidentliyinə namizəd olan Svetlana Tixanovskaya Münhen Təhlükəsizlik Konfransında iştirakı çərçivəsində ABŞ dövlət katibi Entoni Blinkenlə danışıqlar aparıb.
Modern.az xəbər verir ki, bu barədə Belarus müxalifət liderinin mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, tərəflər Belarus hakimiyyətinin hərəkətlərinə beynəlxalq reaksiyanı müzakirə ediblər. Əlavə məlumat verilməyib.
Akif İsmayılov