Modern.az

“Pekin-2022”: Medal sıralamasında lider dəyişmədi

“Pekin-2022”: Medal sıralamasında lider dəyişmədi

19 Fevral 2022, 00:42

Pekində keçirilən Qış Olimpiya Oyunlarının medal sıralamasında liderlik edən Norveç yığması qızıl medallarının sayını 15-ə çatdırıb.

 

Modern.az xəbər verir ki, hazırda Norveç yığmasının hesabında 15 qızıl, 8 gümüş və 11 bürünc medal var və o, rəqibləri üçün demək olar, əlçatmazdır.

 

Medalların sayına görə ikinci yerdə gedən Almaniya yığması hələlik 10 qızıl, 7 gümüş və 5 bürünc medal əldə edib. Üçüncü yerdə 8 qızıl, 8 gümüş və 5 bürünc medalla ABŞ komandası qərarlaşıb.

 

Oyunların ev sahibi - Çin idmançıları növbəti yarış günüdə uğurla çıxış edərək dördüncü yerə yüksəlib. İndi CXR yığmasının hesabında 8 qızıl, 4 gümüş və 2 bürünc medal var. İlk beşliyi İsveç komandası tamamlayır (7,5,4).

 

Yarışlarda indiyədək yalnız 28 ölkə medal qazanıb.

 

Xatırladaq ki, “Pekin-2022” Qış Olimpiya Oyunlarında 91 ölkədən 2800-dən çox idmançı iştirak edir. Onlar idmanın 15 növü üzrə 109 dəst medal uğrunda mübarizə aparırlar.

 

Olimpiada fevralın 20-də yekunlaşacaq.

 

 

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal