Modern.az

NATO-dan Rusiyaya çağırış - Qoşunları sərhəddən çıxarın!

NATO-dan Rusiyaya çağırış - Qoşunları sərhəddən çıxarın!

19 Fevral 2022, 13:28

“NATO Rusiyanı Ukrayna ətrafındakı gərginliyin azaldılması istiqamətində əhəmiyyətli addım atmağa və qoşunlarını sərhəddən çıxarmağa çağırır”.

 

Modern.az-ın TASS-a istinadən verdiyi xəbərə, bunu alyansın baş katibi Yents Stoltenberq Münhen Təhlükəsizlik Konfransında deyib.

 

“Rusiyanın Silahlı Qüvvələrini sərhəddən çıxarması böhranın diplomatik yolla həlli istiqamətində ilk və vacib olar. Risklərin azaldılması məqsədilə Rusiyaya görüş təklifimi təkrarlamaq istəyirəm”. – o, bildirib.

 

Baş katib Kremli diplomatiya yolunu seçməyi tövsiyə edib: “Avropada təhlükəsizlik yalnız ABŞ-la əməkdaşlığa əsaslanır. Bunu iki dünya müharibəsi də sübut edib”.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal