Modern.az

Makron və Rəisi nüvə danışıqları apardı

Makron və Rəisi nüvə danışıqları apardı

19 Fevral 2022, 19:56

Fransa Prezidenti Emmanuel Makron və İran Prezidenti İbrahim Rəisi arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, tərəflər Vyanadakı nüvə danışıqları ilə bağlı son vəziyyəti müzakirə ediblər.

 

Makron müzakirələrdə irəliləyiş əldə olunduğunu bildirib: "Ümid edirik, müzakirələr tez bir zamanda nəticə verəcək".

 

Rəisi isə qeyd edib ki, Vyanada əldə olunacaq razılıq İran əleyhinə sanksiyaların ləğvi, etibarlı zəmanət və İrana qarşı siyasi iddialara son qoymağı özündə əks etdirməlidir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama