İsrail öz vətəndaşlarını Ukraynanı tərk etməyə çağırıb.
Modern.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirlik ölkədə münaqişənin alovlanması ehtimalına görə bu addımı atıb.
"Bu gün XİN-də keçirilən müşavirə və Münhen konfransının iştirakçıları ilə məsləhətləşmədən sonra İsrail bir daha vətəndaşlarını Ukraynadan çıxmağa çağırıb. Münaqişə gözləniləndən tez alovlana və ağır nəticələrə səbəb ola bilər” – deyə məlumatda bildirilib.