"Ukrayna böhranının diplomatik həlli yolunu tapmağa çalışırıq".
Modern.az xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken deyib.
O qeyd edib ki, münaqişə, müharibə və təcavüz heç kimin maraqlarına xidmət etmir.
“Əgər diplomatiyanın və sülhün xeyrinə olacaqsa, Bayden Putinlə görüşməyə hər zaman hazırdır” – deyə Blinken əlavə edib.