Modern.az

Türkmənistanda daha iki namizəd qeydə alındı

Türkmənistanda daha iki namizəd qeydə alındı

19 Fevral 2022, 23:59

Türkmənistanın Mərkəzi Seçki Komissiyası martın 12-də keçiriləcək prezident seçkilərində daha iki nəfərin namizədliyini qeydə alıb. 

 

Modern.az xəbər verir ki, bu barədə Komissiyanın mətbuat xidməti məlumat yayıb.

 

Türkmənistan Parlamentinin aşağı palatasının deputatı Qurbanov Berdimammet və təhsil müəssisəsinin direktoru Begenjov Perxat prezident postu uğrunda yarışacaq.

 

Qeyd edək ki, Türkmənistanda prezident seçkiləri martın 12-də baş tutacaq. Türkmənistan Demokratik Partiyası tərəfindən hazırkı prezidentin oğlu Serdar Berdiməhəmmədovun namizədliyi irəli sürülüb.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal