Separatçıların açdığı atəş nəticəsində Donbasda Ukrayna ordusunun iki hərbçisi həlak olub.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.
Atışma nəticəsində daha 4 hərbçi yaralanıb, onlar xəstəxanaya yerləşdiriliblər.
Qeyd olunub ki, Ukrayna hərbçiləri Donbasdakı vəziyyəti izləyir və potensial təhlükələrə adekvat cavab verirlər.