Modern.az

Putinlə Makron atəşkəs barədə razılığa gəldi

Putinlə Makron atəşkəs barədə razılığa gəldi

Dünya

20 Fevral 2022, 19:11

Rusiya və Fransa prezidentləri Vladimir Putinlə Emmanuel Makron Donbasla bağlı işçi qrupunun yaradılması barədə razılığa gəliblər.

 

Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi Yelisey sarayına istinadən məlumat yayıb.

 

İşçi qrupunun əsas məqsədi qoşunların təmas xəttində atəşkəs üçün şərait hazırlamaq olacaq.

 

Agentliyin məlumatına görə, Rusiya və Fransa xarici işlər nazirləri yaxın günlərdə Avropada təhlükəsizlik məsələləri üzrə sammitin təşkilini müzakirə ediblər.

 

Liderlərin söhbəti 1 saat 45 dəqiqə davam edib. Bundan sonra Makron Ukrayna prezidenti Vladimir Zelenski ilə yarım saatlıq söhbət edib.

 

Akif İsmayılov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal