Modern.az

Makron Bayden və Şoltsa zəng edəcək

Makron Bayden və Şoltsa zəng edəcək

Dünya

20 Fevral 2022, 20:26

Fransa Prezidenti Emmanuel Makron yaxın saatlarda amerikalı həmkarı Co Baydenə zəng edəcək.

 

Modern.az xəbər verir ki, bu barədə AFP rəsmi şəxslərə istinadən məlumat yayıb.

 

Qeyd olunur ki, Makron Almaniya kansleri Olaf Şolts ilə də danışıqlar aparacaq.

 

Liderlərin Ukrayna ətrafındakı vəziyyəti müzakirə edəcəyi ehtimal edilir.

 

Xatırladaq ki, bir neçə saat öncə Makron rusiyalı həmkarı Putinlə danışıqlar aparıb.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal