Türkiyə ordusu İraqın şimalındakı Metina bölgəsində PKK terror təşkilatına aviazərbələr endirib.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Milli Müdafiə Nazirliyi məlumat yayıb.
Zərbələr nəticəsində 2 terrorçu zərərsizləşdirilib.
"Silahlı Qüvvələrimiz son terrorçu zərərsizləşdirilənə qədər əməliyyatları qətiyyətlə davam etdirəcək", - deyə məlumatda qeyd olunub.
Akif İsmayılov