Qazaxıstanın keçmiş müdafiə naziri Murat Bektanov saxlanılıb.
Modern.az xəbər verir ki, bu barədə “İnterfaks” agentliyi hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.
Qeyd edilib ki, Qazaxıstanın keçmiş müdafiə nazirinə qarşı Cinayət Məcəlləsinin 452-ci (hakimiyyət orqanlarının hərəkətsizliyi) maddəsi ilə cinayət işi açılıb və istintaq başlayıb. Eks-nazir Nur-Sultandakı müvəqqəti saxlama təcridxanasına yerləşdirilib.
Xatırladaq ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev ölkənin daxili işlər nazirinin keçmiş müavini, general-leytenant Ruslan Jaksılıkovu yeni müdafiə naziri təyin edib.