Modern.az

Ərdoğan Putinlə danışıqlar aparacaq

Ərdoğan Putinlə danışıqlar aparacaq

Dünya

20 Fevral 2022, 21:42

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan yaxın vaxtlarda rusiyalı həmkarı Vladimir Putinlə telefon danışığı aparacağını gözləyir.

 

Modern.az xəbər verir ki, bunu Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın deyib.

 

“Prezidentimizin belə bir görüşü təşkil etmək cəhdləri davam edir. Ukraynaya son səfərimiz zamanı o, prezident Zelenski ilə bunu müzakirə edib. O, bu məsələni cənab Putinlə də danışıb. Yaxın vaxtlarda daha bir telefon danışığı baş tutacaq və bu məsələ yenidən gündəmə gətiriləcək”.

 

İ. Kalın qeyd edib ki, Türkiyə rəsmiləri rusiyalı həmkarları ilə əlaqə saxlayır və Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfərinə hazırlaşmağa davam edir: “Eynilə, cənab Putinin Türkiyə səfərinə hazırlıqlarımız davam edir. Bu məsələ ilə bağlı rusiyalı həmkarlarımızla əlaqə saxlayırıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal