Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və İsrailin XİN başçısı Yair Lapid arasında telefon danışığı baş tutub.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə XİN məlumat yayıb.
Telefon danışığı zamanı ikitərəfli münasibətlər, ölkələrarası əlaqələrin yumşalması, həmçinin İsrail Prezidenti İsaak Hersoqun Türkiyəyə səfəri planı haqqında fikir mübadiləsi aparılıb.