Modern.az

Şentop Qaribaşvili ilə görüşdü

Şentop Qaribaşvili ilə görüşdü

21 Fevral 2022, 19:14

Gürcüstanda səfərdə olan Türkiyə parlamentinin spikeri Mustafa Şentop bu ölkənin Baş naziri İrakli Qaribaşvili ilə görüşüb.

 

Modern.az xəbər verir ki, görüş zamanı Türkiyə və Gürcüstan arasında strateji tərəfdaşlıq, habelə iqtisadi əlaqələrə diqqət yetirilib.

 

Tərəflər regional məsələləri, eləcə də Gürcüstan Baş nazirinin “Dinc Qonşuluq Təşəbbüsü” layihəsini müzakirə ediblər.

 

Söhbət zamanı qeyd olunub ki, regional layihələr Türkiyə və Gürcüstan arasında effektiv strateji tərəfdaşlığın bariz nümunəsidir.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal