Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.
Modern.az xəbər verir ki. bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunub ki, tərəflər Qarabağ ətrafındakı vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar.
"Tərəflər Rusiya, Ermənistan və Azərbaycan liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli razılaşmalarının, o cümlədən Cənubi Qafqazda nəqliyyat və iqtisadi əlaqələrin bərpası üzrə tədbirlərin, eləcə də Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin mümkün qədər tez başlanmasına yönəlmiş addımların ardıcıl surətdə həyata keçirilməsinin vacibliyini vurğulayıblar”, - deyə məlumatda bildirilib.
Rusiya ilə Ermənistan arasında diplomatik münasibətlərin 30 illiyi ilə əlaqədar Putin Paşinyanı Rusiyaya rəsmi səfərə dəvət edib.