Modern.az

Şolts Putinə zəng vurub xəbərdarlıq etdi

Şolts Putinə zəng vurub xəbərdarlıq etdi

21 Fevral 2022, 21:45

Almaniya kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinə zəng edib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Nazirlər Kabineti məlumat yayıb.

 

Putin Şoltsa Rusiya Təhlükəsizlik Şurasının iclasının nəticələri barədə məlumat verib.

 

Öz növbəsində, Şolts Rusiyanın separatçı "DXR" və "LXR"ni tanımaq planlarını pisləyib. O bildirib ki, separatçıların Rusiya tərəfindən tanınması Minsk razılaşmalarına zidddir.

 

Akif İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal