İsrail Ukraynadakı səfirliyini Kiyevdən Lvova köçürür və vətəndaşlarını geri qayıtmağa çağırır.
Modern.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.
"Bu gün Xarici İşlər Nazirliyində vəziyyətin qiymətləndirilməsi və bir sıra xarici mənbələrlə məsləhətləşmələrdən sonra İsrailin xarici işlər naziri Yair Lapid İsrailin Kiyevdəki səfirliyinin əməkdaşlarına göstəriş vermək qərarına gəlib. Ukraynadakı səfirlik ölkənin qərbində yerləşən Lvov şəhərində açılan konsulluğa köçəcək”, - məlumatda qeyd olunur.