Modern.az

Putinin qərarına ilk reaksiya Consondan gəldi

Putinin qərarına ilk reaksiya Consondan gəldi

21 Fevral 2022, 23:58

Rusiyanın “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nı tanıması beynəlxalq hüququn və Ukraynanın suverenliyinin pozulmasıdır.


Modern.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Boris Conson bildirib.


"Donetsk və Luqansk "respublikalarının" tanınması beynəlxalq hüququn açıq şəkildə pozulmasıdır, bu, suverenlik və ərazi bütövlüyünün pozulması və Minsk razılaşmalarının rədd edilməsidir. Məncə, bu çox pis əlamətdir. Bu, şübhəsiz, daha bir siqnaldır ki, vəziyyət yanlış istiqamətdə inkişaf edir. Böyük Britaniya Ukrayna xalqını dəstəkləmək üçün əlindən gələni edəcək”, - deyə Conson bildirib.

 

Qeyd edək ki, bu gün Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını açıqlayıb.

 

Həmçinin oxuyun:

 

Rusiya separatçılarla əməkdaşlıq edəcək - Putin fərman imzaladı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal