Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik üzrə Ali Nümayəndəsi Cozep Borrell Rusiyanın “Donetsk və Luqansk respublikalarının” "müstəqilliyi"nin tanınması ilə bağlı qərarını tənqid edib.
Modern.az xəbər verir ki, bu barədə o, "Twitter" hesabında yazıb.
Aİ rəsmisi Rusiyanın Minsk razılaşmalarını pozduğunu bildirib.
"Avropa İttifaqı və onun tərəfdaşları Ukrayna ilə birlik, möhkəmlik nümayiş etdirərək buna qətiyyətlə reaksiya verəcəklər", - deyə Borrell qeyd edib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna ərzisində yaradılan qondarma “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nın “müstəqilliyini” tanıdığını açıqlayıb.
Həmçinin oxuyun:
Putin Donbasdakı separatçı rejimləri TANIDI