Modern.az

Putin Makrona zərbə vurdu

Putin Makrona zərbə vurdu

22 Fevral 2022, 15:06

Fransız jurnalist və təhlükəsizlik eksperti Jan-Dominik Merçet Rusiya prezidenti Vladimir Putinin Ukraynanın şərqindəki separatçı hökumətləri rəsmən tanımaq və oraya qoşun göndərmək qərarını dəyərləndirib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, Merçet prezident seçkiləri ərəfəsində Putin tərəfindən Makrona ağır zərbə vurulduğunu bəyan edib.

 

Merçet bildirib ki, Rusiyanın bu addımı hələlik müharibə demək deyil.

 

Bunu 2014-cü ildə Krımın ilhaqı ilə müqayisədə daha yumşaq bir hərəkət kimi qiymətləndirən Merçet vəziyyətin daha da pisləşərək müharibəyə çevrilməsi ehtimalının olduğunu vurğulayıb:

 

"Ukrayna meydanda tək qalıb. Qərb Ukrayna üçün riskə getməyəcək. Sanksiyalar olacaq, lakin bu, heç nəyi dəyişməyəcək".

 


Turqay Musayev

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal