Türkiyədə son sutkada yeni növ koronavirusdan (COVID-19) 271 nəfər ölüb.
Modern.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatında COVID-19 infeksiyası ilə əlaqədar 463 min 335 nəfərin test edildiyi, 86 min 070 nəfərin koronavirus testinin pozitiv nəticə verdiyi, 98 min 199 nəfərin isə bu xəstəlikdən sağaldığı qeyd olunub.