Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Çunyinq brifinqdə Rusiyaya Çin tərəfindən sanksiya tətbiqi ilə bağlı suala cavab verib.
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, sözçü cavabında bunları bildirib:
"Siz soruşursunuz ki, Çin də Rusiyaya qarşı sanksiyalar tətbiq edəcəkmi? Aydındır ki, sizdə Çin hökumətinin siyasəti haqqında əsas anlayış yoxdur. Çin hökumətinin mövqeyi ondan ibarətdir ki, sanksiyaların tətbiqi heç vaxt problemin həlli üçün ən yaxşı yol olmayıb. Çin ardıcıl olaraq istənilən qeyri-legitim, birtərəfli sanksiyaların əleyhinə olub".
Xatırladaq ki, çərşənbə axşamı Moskvanın Donetsk və Luqansk Xalq Respublikalarının (DXR və LPR) suverenliyini tanımasından sonra Qərb ölkələri Rusiyaya qarşı sanksiyalarını elan edib. ABŞ, Böyük Britaniya və Aİ tərəfindən həyata keçirilən tədbirlər həm Rusiyanın maliyyə strukturları, həm şirkətləri, həm də fərdi şəxsləri əhatə edir.
Turqay Musayev