Avropa İttifaqı Rusiya Dövlət Dumasının 351 deputatına, 27 hüquqi və fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
Modern.az xəbər verir ki, “DXR” və “LXR”-in “müstəqilliyi”nin tanınmasının lehinə səs verdikləri üçün deputatlara qarşı sanksiya tətbiq olunub.
Siyahıda adı yer alan fiziki şəxslər Donetsk və Luqanskda sərmayə qoyan və bu regionlara maddi dəstək verən iş adamlarıdır.