NATO Rusiyanın Ukraynaya hücumları fonunda təcili iclas çağırıb. İclasda NATO müttəfiqləri Rusiyanın aqressiv fəaliyyətinin nəticələri ilə bağlı müzakirə aparacaqlar.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, bununla bağlı Alyansın Baş katibi Yens Stoltenberq Rusiyanın Ukraynaya hücumu ilə bağlı bəyanat yayıb.
“Mən Rusiyanın Ukraynaya risk altında qoyan məsuliyyətsiz və səbəbsiz hücumuna görə qınayıram Rusiya suveren və müstəqil ölkəyə qarşı aqressiya yolunu seçib. Bu beynəlxalq hüququn kobud şəkildə pozulması və Avro-Atlantik təhlükəsizliyə ciddi təhdiddir. Mən Rusiyanı hərbi əməliyyatını dərhal dayandırmağa və Ukraynanın suverenliyi və ərazi bütövlüyünə hörmət etməyə çağırıram. Biz bu dəhşətli vaxtda Ukrayna xalqının yanındayıq. NATO bütün müttəfiqləri qorumaq üçün əlindən gələn hər şeyi edəcək”, - Baş katib Yens Stoltenberq qeyd edib.