Modern.az

Rus əsgərləri Ukrayna ordusuna əsir düşdülər - FOTO

Rus əsgərləri Ukrayna ordusuna əsir düşdülər - FOTO

24 Fevral 2022, 15:27

Ukrayna daxili işlər nazirinin müşaviri Anton Geraşenko bir neçə rus hərbçinin ukraynalılara əsir düşdüyünü bildirib.

Modern.az xəbər verir ki, o, bu barədə Telegram-da yazıb.

"İlk rus hərbi əsirləri... Onlar tam təhlükəsiz olacaqlar. Onların həyatına heç bir təhlükə yoxdur. Rus analar, küçələrə çıxıb müharibənin dayandırılmasını tələb edin", - Anton Geraşenko yazıb.

Ukraynalı deputat Oleksiy Qonçarenko isə ələ keçirilən işğalçıların fotosunu Telegram-da yerləşdirib.

"Rusiyalı məhbuslar… Yadınızda saxlayın, rus əsgərləri, əziyyət çəkəcəksiniz! Silahlarınızı yerə qoyun və Ukrayna ərazisindən qaçın", - o yazıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal