Modern.az

Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşdü

Türkiyə və Ermənistan xüsusi nümayəndələri görüşdü

24 Fevral 2022, 16:13

Türkiyə və Ermənistanın xüsusi nümayəndələri Serdar Kılıçla Ruben Rubinyan arasında Avstriyanın paytaxtı Vyana şəhərində görüş keçirilib.

 

Modern.az xəbər verir ki, tərəflər iki ölkə arasında münasibətlərin normallaşması istiqamətində konkret addımları müzakirə ediblər.

 

Danışıqların ikinci raundunda S.Kılıç və R.Rubinyan təsdiqləyiblər ki, yekun məqsəd Moskvada keçirilən ilk görüşdə deyildiyi kimi Ermənistan və Türkiyə arasında tam hüquqlu nizamlanmadır.

 

Qeyd olunub ki, proses ilkin şərtlərsiz həyata keçiriləcək.

Sizə yeni x var
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal