Modern.az

\"Biz anti-Putin koalisiyası qururuq\" - Zelenski

\

24 Fevral 2022, 18:16

Ukrayna prezidenti Volodimir Zelenski dünya liderləri ilə Rusiyanın işğalına qarşı koalisiyanın yaradılmasını müzakirə edib.

 

Modern.az xəbər verir ki, bu barədə Zelenski tviterdə yazıb.

 

“Biz anti-Putin koalisiyasını qururuq. Mən Avropa Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Avstriyanın kansleri Karl Nehammer və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla konkret sanksiyalar və ordumuza konkret yardım haqqında müzakirələr aparmışam. Biz qətiyyətli addım gözləyirik”, - deyə o qeyd edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal