ABŞ Maliyyə Nazirliyi Ukraynaya qarşı hücumla əlaqədar Belarusdan olan 24 fiziki və hüquqi şəxsə qarşı sanksiyalar tətbiq edib.
Modern.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Bildirilib ki, Xarici Aktivlərə Nəzarət İdarəsi Belarusun işğala dəstəyi və köməyinə görə 24 belarus fiziki və hüquqi şəxsi sanksiyalar siyahısına salıb.
Həmçinin qeyd olunub ki, bir sıra müdafiə sənayesi müəssisələri, ölkənin müdafiə naziri Viktor Xrenin və Təhlükəsizlik Şurasının katibi, Baş Qərargahın keçmiş rəisi Aleksandr Volfoviç da sanksiyalara məruz qalıb.