Modern.az

Evlərini tərk edən ukraynalılar metroda gecələdilər - VİDEO

Evlərini tərk edən ukraynalılar metroda gecələdilər - VİDEO

25 Fevral 2022, 11:40

Ukrayna sakinləri Rusiya hərbçilərinin ölkəyə hücumlarının ilk günündən xilas olmaq üçün yeraltı metro stansiyalarına üz tutublar.

 

Modern.az xəbər verir ki, Ukrayna mətbuatında yayılmış fotolarda vətəndaşların Kiyev və Xarkov stansiyalarında gecələməsi anı əks olunub.

 

Məlumata görə, minlərlə ukraynalı qonşu ölkələrdə nicat tapmaq üçün evlərini tərk edib. BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı 100 000-dən çox ukraynalının qaçqın düşə biləcəyini açıqlayıb.

 

Ukraynanın birbaşa qərbində yerləşən Polşa da müharibə qaçqınlarının axınına hazırlıq məqsədilə sərhədi boyunca qəbul mərkəzləri yaradıb.

 


Turqay Musayev

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu