Modern.az

İDDİA: Rusiya hərbi aerodromu ələ keçirib

İDDİA: Rusiya hərbi aerodromu ələ keçirib

25 Fevral 2022, 17:28

Rusiya qoşunlarının Kiyevin şimal-qərbində yerləşən aerodromu ələ keçirdiyi iddia edilir.

 

Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, Kiyevdən cəmi 7 kilometr şimal-qərbdə yerləşən strateji əhəmiyyətli Hostomel aerodromu ələ keçirilib və desantlar həmin əraziyə enib.


Məlumatda qeyd edilib ki, qoşunlar qərbdən Kiyevə girişi bağlayıblar və Moskvanın dəstəklədiyi separatçı qüvvələr Ukrayna ordusunun mövqelərinə hücum edib.


Hostomel aerodromunda ağır nəqliyyat təyyarələrini yerləşdirmək üçün uzun uçuş-enmə zolağı var. Zolağın ələ keçirilməsi Rusiyaya qoşunlarını birbaşa Kiyevin ətrafına aparmağa imkan verə bilər.


Fatma Abdulla

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu