Modern.az

NATO Ukrayna barədə qərarını ELAN ETDİ

NATO Ukrayna barədə qərarını ELAN ETDİ

25 Fevral 2022, 22:24

NATO ölkələrinin liderləri Ukraynaya siyasi və praktiki dəstəyi davam etdirəcəklərinə söz veriblər. Bundan əlavə, digər ölkələri də eyni addımı atmağa çağırıblar.

 

Modern.az xəbər verir ki, bu barədə NATO-nun bu gün keçirilən zirvə toplantısı ilə bağlı bəyanatında deyilir.

 

"Biz Ukraynaya siyasi və praktiki dəstək verməyə davam edəcəyik, digərlərini də eyni addımı atmağa təşviq edirik", - deyə bəyanatda qeyd olunub.

 

NATO-ya üzv ölkələr Ukraynanın beynəlxalq ictimaiyyət tərəfindən tanınan sərhədləri, suverenliyi və ərazi bütövlüyünə dəstəylərini ifadə ediblər. Bildirilib ki, bu fundamental mövqe heç vaxt dəyişməyəcək.

 

Qeyd edək ki, bu gün NATO-ya üzv ölkələrin hökumət və dövlət başçılarının sammiti keçirilib. İclasda Ukraynadakı vəziyyət müzakirə olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu