Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə səfəri onun Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşməsi üçün nəzərdə tutulmayıb.
Modern.az xəbər verir ki, bu barədə Türkiyə xarici işlər naziri Mövlüd Çavuşoğlu NTV kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, Putinin Türkiyəyə səfəri iki ölkə arasındaki Zirvə Toplantısı ilə əlaqədardır.
Çavuşoğlu, həmçinin bildirib ki, Rusiya və Ukrayna liderlərinin görüşünə dair danışıqlar da bu çərçivədə müzakirə oluna bilər.