Modern.az

Putin və Zelenski danışıqlar masasına oturur?

Putin və Zelenski danışıqlar masasına oturur?

26 Fevral 2022, 09:36

Prezident Volodimir Zelenski Rusiya ilə Ukraynanın neytral statusu və təhlükəsizlik təminatlarını müzakirə edə bilər.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ukrayna liderinin aparat rəhbərinin müşaviri Mixail Podolyak bildirib.

 

Podolyak deyib ki, bu, ilk növbədə sülh və atəşkəs haqqında ətraflı söhbət olacaq:

 

"Aydın təhlükəsizlik zəmanətləri paketi ilə neytral status məsələləri böyük ehtimalla masada olacaq".

 

Xatırladaq ki, daha əvvəl Kremlin sözçüsü Dmitri Peskov Rusiya Prezidenti Vladimir Putinin Ukrayna ilə danışıqlar üçün Rusiya nümayəndə heyətini Minskə göndərməyə hazır olduğunu bildirib.

 

Peskov daha sonra Ukraynanın Minsk əvəzinə Varşavanı təklif etdiyini və sonra əlaqəni dayandırdığını bildirib. Ukrayna prezidentinin sözçüsü Sergey Nikiforov Zelenskinin sülh və atəşkəslə bağlı danışıqlara razı olduğunu, danışıqların yeri və vaxtı ilə bağlı təmasların davam etdiyini açıqlayıb.


 Turqay Musayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu