Modern.az

Gürcüstanda daha 43 nəfər koronavirusdan öldü

Gürcüstanda daha 43 nəfər koronavirusdan öldü

26 Fevral 2022, 10:58

Gürcüstanda ötən sutka ərzində daha 6236 nəfərin koronavirusa yoluxduğu məlum olub.

 

Modern.az xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında məlumat yer alıb.

 

Bildirilib ki, son sutkada 14 909 nəfər müalicə olunaraq sağalıb, 43 nəfər koronavirusdan vəfat edib.

 

İndiyədək qonşu ölkədə COVID-19 infeksiyasına 1 598 172 nəfər yoluxub. Onların 1 477 481-i sağalıb, 16 097 nəfər isə həyatını itirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu