Modern.az

Medvedev:Ukraynaya hücum davam etdiriləcək

Medvedev: “Ukraynaya hücum davam etdiriləcək”

26 Fevral 2022, 15:18

Moskvanın Qərblə diplomatik əlaqələrə ehtiyacı yoxdur.


Modern.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev deyib.

 

“Səfirlikləri asma kilidlə bağlamağın vaxtıdır", - deyə o bildirib.

 

Medvedevin sözlərinə görə, Moskva Prezident Vladimir Putinin müəyyən etdiyi məqsədlərə çatana qədər Ukraynaya hücum davam etdiriləcək.

 

O, həmçinin Rusiyanın Avropa Şurasında fəaliyyətinin dayandırılması qərarını pisləyib, lakin bunun Moskvaya Rusiya qanunlarına əsasən ölüm cəzasını bərpa etmək imkanı verməsi ilə öyünüb.


Turqay Musayev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu