Modern.az

Kiyevdə komendat saatı DƏYİŞDİRİLDİ

Kiyevdə komendat saatı DƏYİŞDİRİLDİ

26 Fevral 2022, 16:19

Kiyevin meri Vitali Kliçko yerli vaxtla saat 17:00-dan 08:00-a qədər (GMT 15:00-06:00) Ukrayna paytaxtı üçün yeni komendant saatı elan edib.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu gündən qüvvəyə minən qərar 22:00-dan 07:00-a qədər əvvəlki komendant saatını əvəz edir.

 

Bununla bağlı  Kliçko "Twitter"də bunları yazıb:

“Komendant saatı zamanı küçədə olan bütün mülki şəxslər düşmənin təxribat və kəşfiyyat qruplarının üzvləri hesab olunacaqlar”.


Turqay Musayev

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu