Rusiyanın Ukraynaya hücumundan sonra bu ölkədən təxminən 116 min insan qonşu ölkələrə üz tutub.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının mətbuat katibi Sabia Mantu məlumat verib.
O qeyd edib ki, bu rəqəm arta bilər, rəqəmlər hər dəqiqə dəyişir.
Ali Komissarlıq proqnozlaşdırır ki, vəziyyət pisləşərsə, 4 milyona yaxın ukraynalı sərhədi keçə bilər. Mantu ukraynalıların əsasən Polşa, Moldova, Macarıstan, Rumıniya və Slovakiyaya, bəzilərinin isə Belarusa getdiyini bildirib.