Çeçenistan təhlükəsizlik qüvvələri Ukrayna Milli Qvardiyasının əməliyyat briqadasının obyektini ələ keçirib.
Modern.az xəbər verir ki, bu barədə Çeçenistanın rəhbəri Ramzan Kadırov bildirib. O döyüşlərdə çeçenlər arasında itki olmadığını deyib.
"Yaxşı göstəricilər, nəticələr var. Milli Qvardiyamızın döyüşçüləri Ukrayna Milli Qvardiyasının əməliyyat briqadasını ələ keçirib. Toqquşma olub, itki yoxdur”, - Kadırov vurğulayıb.