Rusiyanın SWIFT beynəxalq maliyyə sistemindən çıxarılması üçün texniki prosedur başlayıb.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba "Twitter" hesabında bildirib.
Nazir qeyd edib ki, qərar hələ rəsmiləşməyib, lakin SWIFT-lə bağlı qərarın qəbulu və bu sanksiyanın həyata keçirilməsi üçün texniki hazırlıqlara başlanılıb.