İndiyədək Ukraynanı 150 mindən çox insan tərk edib. Qaçqınlar əsasən Polşa, Macarıstan, Moldova və Rumıniyaya üz tutublar.
Modern.az xəbər verir ki, bu barədə BMT-nin qaçqınların işləri üzrə Ali komissarı Flippo Qrandi bildirib.
“Bu vaxtadək 150 mindən çox ukraynalı qaçqın qonşu ölkələrin sərhədini keçib, onların yarıdan çoxu Polşaya, digər hissəsi isə Macarıstan, Moldova və Rumıniyaya gedib. Həmçinin Ukraynada da məcburi köçkünlərin sayı artır, lakin hərbi vəziyyət onların sayını müəyyənləşdirməyi və yardım göstərməyi çətinləşdirir”, - Ali komissar tviter hesabında yazıb.