Modern.az

Putin Paşinyanla üçtərəfli razılaşmaları müzakirə etdi

Putin Paşinyanla üçtərəfli razılaşmaları müzakirə etdi

Dünya

26 Fevral 2022, 21:15

Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

 

Modern.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.



Telefon danışığı zamanı Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli üçtərəfli bəyanatlarında təsbit olunmuş sazişlərin icrasının praktiki aspektləri ətrafında fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu