Rusiyanın dövlət televiziyaları Avropa Yayım İttifaqından çıxıb.
Modern.az xəbər verir ki, belə qərarın verilməsi Rusiyanın “Avroviziya” mahnı müsabiqəsindən uzaqlaşdırılması ilə əlaqədardır.
Ümumrusiya Dövlət Televiziya və Radio Yayım Şirkəti (VQTRK) və “Pervıy” telekanallarının yaydığı açıqlamada bildirilib ki, siyasi olmayan statusunu hər zaman vurğulayan musiqi platformasından uzaqlaşdırılmalarına görə Avropa Yayım İttifaqından çıxırlar.