“Nə qədər vaxt aparsa da, ölkəni xilas etmək üçün mübarizə aparacağıq”.
Modern.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski xalqa yeni müraciətində deyib.
"Ukraynalıların ölkəni müdafiə istəyi işğal ssenarisini pozdu. Ölkə azad olunana qədər mübarizə aparacağıq”, - o bildirib.
Zelenski qeyd edib ki, o, hazırda Ukraynadadır və silahı yerə qoymayıb:
"Dövlətimizi qoruyacağıq. Çünki silahımız həqiqətdir. Həqiqətimiz isə torpaqlar, ölkə və uşaqlardır. Biz bütün bunları qoruyacağıq”.