Rəsmi Berlin Niderlandın Ukraynaya Almaniya istehsalı olan 400 ədəd tank əleyhinə silah göndərməsinə icazə verib.
Modern.az xəbər verir ki, bu barədə “Bild” qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.
Bundan əlavə Estoniya Almaniyanın icazəsi ilə Ukraynaya D-30 topları və döyüş sursatları təhvil verəcək. Eyni zamanda, Almaniya özü də Ukraynaya 1000 ədəd tank əleyhinə silah və 500 ədəd "Stinger" raketi göndərəcək
Akif İsmayılov