Rusiya tərəfi gün ərzində azı 11 müxtəlif tipli helikopter, üç Su-30SM qırıcısı, 2 Su-25 hücum təyyarəsi və İL-76MD hərbi nəqliyyat təyyarəsini itirib.
Modern.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.
Həmçinin Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus Su-24M bombardmançı təyyarəsi 20 hərbi texnikadan ibarət karvanı məhv edib.
“Qara dəniz əməliyyat zonasında Ukrayna Silahlı Qüvvələri “Bayraktar” PUA-sından istifadə edir”, - deyə komandanlıqdan bildirilib.