Modern.az

Kiyevdə vəziyyət necədir? - Rəsmi açıqlama

Kiyevdə vəziyyət necədir? - Rəsmi açıqlama

Dünya

27 Fevral 2022, 09:31

Fevralın 27-nə olan məlumata görə, Kiyevdə vəziyyət stabildir, paytaxt tamamilə Ukrayna ordusu və müdafiə qüvvələrinin nəzarətindədir.

 

Modern.az xəbər verir ki, bu barədə Kiyev Şəhər Dövlət Administrasiyası rəhbərinin birinci müavini Nikolay Povoroznik məlumat verib.

 

Bununla belə, gecə saatlarında paytaxtda təxribat qrupları ilə bir neçə toqquşma olub.

 

Kiyevdə vəziyyətin sakit olması faktını telekanallardan birinin efirində Ali Radanın Kəşfiyyat Komitəsinin dövlət təhlükəsizliyi və müdafiə üzrə alt komitəsinin rəhbəri Fedor Venislavski də təsdiqləyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu