Modern.az

Putin əmr verdi - Ordu xüsusi döyüş rejiminə keçir

Putin əmr verdi - Ordu xüsusi döyüş rejiminə keçir

Dünya

27 Fevral 2022, 17:45

Rusiya Prezidenti Vladimir Putin Müdafiə Nazirliyinə müdafiə qüvvələrini xüsusi döyüş növbəsi rejiminə gətirməyi tapşırıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

 

Bildirilib ki, Putin müdafiə naziri Sergey Şoyqu və Baş Qərargah rəisi Valeri Gerasimova müdafiə qüvvələrini xüsusi döyüş növbəsi rejiminə keçirmək barədə tapşırıq verib.

 

O bildirib ki, Qərb Rusiyaya qarşı iqtisadi sahədə addımlar atır, eyni zamanda NATO-nun rəhbər şəxsləri Rusiya barəsində aqressiv fikirlər söyləyirlər.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu